24 İyun 2017 22:56
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Londonun Betnal Qrin rayonunda yaşayış evi yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya paytaxtının yanğından mühafizə idarəsindən məlumat yayıb.

Qeyd olunur ki, yanğın binanın üçüncü mərtəbəsindəki mənzildə baş verib, hadisə yerində ümumilikdə 72 nəfər çalışır.
Bildirilir ki, yanğın nəticəsində bir nəfər xəsarət alıb, hazırda o, xəstəxanaya yerləşdirilib.

İyunun 14-də Londonda "Grenfell Tower" yaşayış evində yanğın baş verib. Son məlumatlara görə, ölən və itkin düşənlərin sayı 79 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com