14 Aprel 2014 14:54
541

14 aprel 2014 - cü il Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində alovlu inqilabçı, publisist, Azərbaycan xalqının dahi oğlu Nəriman Nərimanovun ad gününün 144 -cü il dönümü münasibəti ilə N. Nərimanovun inqilabı fəaliyyətinə həsr olunmuş dəyirmi maca keçirilib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan kommunistlərinin lideri Rauf Qurbanov tədbir açıq elan edərək tədbir iştirakçılarını öz səmimi arzularını bildirib.

AKP MK Lənkəran RK -nin birinci katibi Namiq Bağırov " N.Nərimanov və onun müasir davamçıları" mövzusunda geniş və ətraflı məruzə edib. Məruzə ətrafında dəyirmi masa iştirakçılarının çıxışları dinlənilib. Tədbirə, ziyalılar, ictimaiyyətin nümayəndələri və komsomolçu gənclər də qatılıblar.

Tədbir bitdikdən sonra "Dəyirmi masa" iştirakçıları N. Nərimanovun Bakı şəhəri, Yasamal rayonunda yerləşən abidəsi önünə tər çiçək dəstələri qoyulub.

Tədbir AKP -nin Respublikada fəaliyyət göstərən bütün rayon və şəhər komitələrində də keçirilib.


Müəllif: