19 Fevral 2015 14:49

“Azərbaycan hökumətinin, Nazirlər Kabinetinin nəinki bir illik, bütövlükdə son illərdəki fəaliyyətini birmənalı müsbət qiymətləndirirəm. Təbii ki, “mən qiymətləndirirəm” ifadəsi bir az böyük çıxır, amma hesab edirəm ki, bu, dövlət başçısının apardığı siyasətin bilavasitə məntiqi nəticəsidir”.

Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə dilə gətirib. Komitə sədrinin sözlərinə görə, bu, həm də ölkə Prezidenti İlham Əliyevin hökumətə verdiyi tapşırıqların üzərində ciddi nəzarətin olmasının, Nazirlər Kabinetinin rəhbərliyinin dövlət başçısının tapşırıqlarına diqqətlə qulaq asması və onları nəzarətə götürməsinin nəticəsidir: “Dünyada qlobal böhran baş verir, sarsıntılar var. Ancaq biz qlobal sarsıntılar şəraitində dinamik inkişaf edən bir ölkəyik. Bunun-bu inkişafın arxasında da icra strukturlarının gərgin fəaliyyəti dayanır”.

Z.Səmədazdə bildirib ki, hətta, neft hasilatının azalması şəraitində Azərbaycan sürətli inkişaf yolundadır: “Qərb mətbuatında, Avropa kanallarında 0,7-0,8 faizlik göstəricini Avropa ölkələri üçün ən gözəl nəticə kimi təqdim edir, qiymətləndirirlər. Amma biz bu gün qeyri-neft sektorunun inkişafından – özü də 7-8 faiz inkişafından danışırıq. Deməli, bu sahədə bizim problemlərimiz yoxdur. Eyni zamanda, dünyda ayrı-ayrı ölkələrin keyfiyyət göstəricilərini, səviyyəsini, inkişafını qiymətləndirmək üçün lazım olan göstəricilərdən biri də borcdur. Azərbaycan isə artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib”.

Nemət


Müəllif: