25 Mart 2015 15:13

“Novruz bayramı təbrikində Prezident İlham Əliyevin vurğuladığı kimi işğal altındakı bütün torpaqlarımız qaytarılacaq. O günə elə də çox qalmayıb! İnşallah”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib.

O söyləyib: “Serj Sərkisyan Fransanın “France 24” telekanalına “Ermənistan müharibədən qorxur, şəxsən mən də qorxuram” deyir. “Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədə onların 70 faizini məhv edəcəyik. Nə qədər ki, gec deyil ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər”. Bu da Azərbaycanın müdafiə naziri Zakir Həsənovun açıqlamasıdır. Məncə, artıq şərhə ehtiyac yoxdur”.


Müəllif: