25 Aprel 2014 22:39

Zədəsinin müalicəsi üçün on gündür Qətərdə olan "Qalatasaray"ın futbolçusu Didye Droqba Türkiyəyə qayıdıb.

Teleqraf.com xəbər verir ki, Fildişi sahilli hücumçunun müalicəsi bir müddət İstanbulda davam edəcək. Daha sonra o, tibbi müayinədən keçmək üçün yenidən Qətərə gedəcək.

Qeyd edək ki, Droqbanın Türkiə kubokunda "Eskişehirspor"la final matçına qədər tam hazır olacağı gözlənilir.


Müəllif: