19 Aprel 2014 00:09
661

"Real"ın futbolçusu Kriştiano Ronaldo Fransanın "So Foot" jurnalına maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı hücumçu futbolçu karyerası ərzində bir çox səhvə yol verdiyini etiraf edib. Ronaldo əvvəllər özündən çox razı olduğunu deyib:

"Xarakterim səbəbindən özümə çoxlu düşmən qazanmışdım. Ancaq etdiyim səhvlərə görə sevinirəm. Çünki bu səhvlərdən dərs aldım. Bu isə məni daha yaxşı insan və futbolçu etdi".

O, mütəmadi olaraq oyunlarda iştirak etməsinin onun üçün çox önəmli olduğunu bildirib:

"Futbolçu karyeram ərzində özümə inanaraq çalışmışam. Davamlı olaraq matçlarda iştirak etməyim çox yaxşı oldu. Bir mövsümdə 60-dan çox qarşılaşmada oynamaq mənim üçün çox önəmlidir".

Ronaldo onu da qeyd edib ki, ən böyük arzusu Portuqaliyalı millisi ilə Avropa və dünya çempionu olmaqdır: "Bunun çətin olacağını bilirəm. Amma yaxşı hazırlaşmaqla hər şey etmək mümkündür".


Müəllif: