20 Aprel 2014 00:03
565

Mingəçevirdə Avarçəkmə üzrə beynəlxalq prezident reqatasının final yarışları keçirilib.

Teleqraf.com-un verdiyi məlumata görə, yarışda Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədən də idmançılar iştirak edib. Yarışlar üç növ - kayak, kanoe və akademik avarçəkmə üzrə keçirilib. İdmançılar 2000 metr məsafədə avar çəkilbər. Ümumilikdə yarışda 150 idmançı iştirak edib.

Kanoe növü üzrə 2 qat dünya çempionu Demyanenkonun yoxluğunda əsas diqqət təmsilçimiz Sergey Bezuqlıya yönəlmişdi. Avarçəkmənin bu növündə prezident kubokunun qalıbi də Sergey Bezuqlıy oldu.

Akademik avarçəkmə üzrə isə birinciliyi Boris Yotov əldə etdi. Boris Yotov həm də bu ilin avqustunda Çində keçiriləcək yeniyetmələırin yay olimpiadasında ölkəmizi təmsil edəcək.


Müəllif: