13 İyun 2014 13:59
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Braziliyanın San Paulo şəhərində futbol üzrə XX dünya çempionatının açılış mərasimi və ilk oyunu keçirilib.

Braziliya – Xorvatiya arasında keçirilən oyunu AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da izləyib.

Həmçinin bu görüşü izləyənlər arasında millimizin baş məşqçisi Berti Foqts da olub. Hazırda Braziliyada ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi kimi iştirak edən Foqts Xorvatiyanın oyununu diqqətdə saxladığı deyilir.

Çünki xorvatlar növbəti Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı qrupun iştirakçısıdır.


Müəllif: