15 İyul 2014 11:12

Toya hazırlaşan məşhur cütlük arasında problem yaranıb.

Buna səbəb öpüşmə səhnələri olan serialın ssenarisi olub. Belə ki, aktrisa Beren Saata “Kösem Sultan” serialında baş rola çəkilmək təklifi verilib. Lakin o nişanlısı Kənan Doğulunun qısqanclığı ilə üzləşib.
Buna görə, o serial təklifi ilə razılaşıb-razılaşmamaqda qərarsız qalıb.

Məlumata görə, aktrisa iddialı serialda rol almaq istəyib. "Kösəm Sultan" obrazına görə təklif gələndə ona müsbət baxıb və bu rolu nişanlısı ilə müzakirə edib. Doğulu isə ssenaridəki öpüşmə səhnələrinə isti yanaşmasa da, son qərarı Beren Saatın öhdəsinə buraxıb.

Aktrisa müğənni sevgilisinin narazılığını nəzərə alaraq bir müddət düşünmək üçün rejissordan vaxt istəyib. O, son qərarını bu ayın sonunda baş tutacaq toyundan sonra verəcək.

Xatırladaq ki, Osmanlının ən iddialı qadınlarından olan sultanlardan birinin həyatından bəhs edəcək “Kösəm Sultan” filmi 1,5 il sonra yayımlanmağa başlayacaq.

/ans press/








Müəllif: