23 İyul 2017 12:52
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elvin Babazadə gecə klubunda qeyri-adi jestlə üz-üzə qalıb.

Teleqraf.com xəbər verir ki, paytaxtdakı klublardan birində çıxış edən müğənni tamaşaçıların içində yer alan bir xanımın cəsarətli hərəkəti ilə qarşılaşıb. Müğənni səhnədə olarkən ona yaxınlaşan xanım əvvəlcə müğənnini qucaqlayıb. Daha sonra isə onu dodağından öpərək, hamının təəccübünə səbəb olub.

Bu hadisəni ətrafdakılar telefonla çəkərək, paylaşıblar. Müğənni özü də sözügedən videonu İnstagram hesabında paylaşaraq, yazıb:

“İncəsənət universitetində müəllimim deyərdi ki, "Səhnədə hər an hər şeyə hazır olmalısan!" Amma düzünü desəm bu gün buna hazır deyildim”.


Müəllif: Könül