22 Avqust 22:52

Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" və Mirbala Səlimlinin "Qırmızı bağ" tammetrajlı bədii filmləri Türkiyədə keçirilən Trabzon Beynəlxalq Film Festivalına dəvət alıb.

Teleqraf.com xəbər verir ki, filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival avqustun 26-dək davam edəcək.

Festivalda filmlərimizi "Dərs" filminin quruluşçu rejissoru Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, "Qırmızı bağ" filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim edəcəklər.

Festivalda, həmçinin gənc rejissor Fehruz Şəmiyev "Yol" filmi ilə iştirak edəcək.


Müəllif: Könül