22 Mart 2015 15:09
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyada ana südünün xeyrini anlamaq üçün aparılan uzun müddətli təcrübənin nəticəsi məlum olub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 6 min körpə doğum anından etibarən 30 il ərzində izlənilib. Hazırda 30 yaşı olan həmin adamların 3 min 500-ü sınağa icazə verib. Onlarla müsahibə aparılıb və IQ göstəriciləri müəyyənləşdirilib.

Ana südü ilə qidalananların daha ağıllı olduqları, daha uzun müddət təhsil aldıqları və çox qazandıqları müəyyən olunub. Körpənin ana südüylə bəslənmə müddəti artdıqca göstəricilərin daha da yaxşılaşdığı müşahidə edilib. Sınaq nəticəsində müəyyən olunub ki, 12 ay ana südü ilə qidalanan körpələrin IQ nəticələri bir aydan qısa müddət ana südüylə qıdalananlardan 4 bal artıq olur.

Rüstəm


Müəllif: