1 May 17:12
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən dinc aksiyaları zorakılıqla yatırmaq yolverilməzdir.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.

“Gürcüstanda “xarici təsir” qanununa dinc şəkildə etiraz edən insanlara qarşı tətbiq edilən zorakılığı qətiyyətlə pisləyirəm. Gürcüstan Avropa Birliyi üzvlüyünə namizəd ölkədir, onun hakimiyyətini dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram. Dinc etirazları yatırmaq üçün gücdən istifadə yolverilməzdir”, - Borrel bildirib.

Xatırladaq ki, mayın 1-nə keçən gecə polis “Xarici agentlər” qanununa qarşı çıxan etirazçıları dağıtmaq üçün xüsusi tədbirlər görüb. bibər qazı, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Təhlükəsizlik qüvvələri kobud güc tətbiq edib, kütləvi informasiya vasitələri onların etirazçıları necə döydüklərini əks etdirən kadrlar yayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər