18 Avqust 2017 13:51
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Türkiyə dövlət başçısının İordaniya və Qazaxıstana, ardınca Azərbaycana səfəri nəzərdə tutulub.

Ərdoğan avqustun 21-də İordaniyada səfərdə olacaq. O, 8-10 sentyabrda Qazaxıstana, 10-11 sentyabrda isə Azərbaycana baş çəkəcək. Türkiyə prezidenti sentyabrın 19-25-də isə BMT Baş Assambleyasının iclasına qatılmaq üçün Birləşmiş Ştatlara gedəcək.


Müəllif: Nərgiz