14 Oktyabr 2017 17:16
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın İranla razılaşmaya yenidən baxılması ilə bağlı səsləndirdiyi fikirlər dünya ölkələrində müxtəlif reaksiyalara səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Trampın təklifi bir növ dünyanı iki hissəyə ayırıb.

ABŞ-a dəstək verənlər:

İsrail Baş naziri Binyamin Netanyahu İranın razılaşmada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bəyan edən Trampı təbrik edib. Səudiyyə Ərəbistanı da Trampın bu təklifini dəstəkləyənlər sırasındadır. Ər-Riyad rəhbərliyi İranla razılaşmaya yenidən baxılması təklifini məmnuniyyətlə qarşılayıb.

Bəhreyn Xarici İşlər Nazirliyi Trampın təklifinə dəstək ifadə edən bəyanatla çıxış edib.

Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi ABŞ-ın yeni İran strategiyasına tam dəstək verdiklərini açıqlayıb.

Yəmən hökuməti də yeni strategiyanı dəstəkləyənlər sırasındadır.

ABŞ-a qarşı çıxanlar:

Böyük Britaniya Baş naziri Tereza Mey, Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron İranın nüvə razılaşmasına davam etməkdə qərarlı olduqlarını bildirib.

Üç dünya nəhənginin bu qərarını Avropa Birliyi də dəstəkləyib.


Müəllif: Samir