23 Fevral 2018 10:13
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhərin bəzi küçə və prospektlərində sıxlıq var.

BakuBus MMC-dən Teleqraf.com-a verilən məlumata görə, hazırda 28 May küçəsi-Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi - Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti, Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən marşrut avtobuslarımızın intervallarında müvəqqəti ləngimələr baş verib.

Sərnişinlərdən bunu nəzərə almaq xahiş olunur.

Qeyd edək ki, paytaxt sakinləri sosial şəbəkələrdə marşrut avtobuslarının gecikməsi ilə bağlı şikayətlər edirlər.


Müəllif: Şəfiqə