11 Mart 2015 14:54
409

Bu gün səhər saatlarında Moskvada İŞİD terror qruplaşmasına yaxınlığı ilə tanınan, əslən Azərbaycandan olan Şeyx Abdullah Sələfinin meyiti tapılıb.

Moskvadakı mənbələrdən Teleqraf.com-a daxil olan məlumata görə, vəhhabi olan Şeyx Abdullah Sələfinin əsl adı Məhərrəmdir və o, Zaqatala rayonundandır.

Mənbənin verdiyi xəbərə görə, vəhhabilərin Moskvadakı lideri olan Şeyx Abdullah Sələfi onların köməkliyi ilə böyük ticarət mərkəzlərinə nəzarət edirmiş. O da qeyd edilir ki, bu şəxs dəfələrlə Əhli-beyt mənsublarını kafir adlandırıb.

Hətta Şeyx Abdullah Sələfi Moskvada yaşayan azərbaycanlıların İŞİD-ə cəlb olunması üçün çalışırmış.

AZAD


Müəllif: