26 Aprel 2017 12:15
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən Marat Ueldanov özünü təqsirli bilməyib, narkotik istifadəçəsi olmadığını deyib. Sonra prosesdə 5 şahid ifadə verib.

Şahid Nicat Həsənov bildirib ki, təqsirləndirilən şəxslə bir yerdə "Bulvar" otelində bir yerdə işləyib: "Marat tez-tez narkotikdən istifadə edirdi. Mənə və digər iş yoldaşlarımıza narkotik təşkil edə biləcəyini deyirdi. Mən onun təklifi ilə razılşmadı".

Proses aprelin 28-də davam edəcək.

İttihama görə, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin külli miqdarda qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edilir.

Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər Marat Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya Marat Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

Hacı Zeynalov


Müəllif: