7 Avqust 2017 11:43
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesində prokuror çıxış edib.

Dövlət ittihamçısı bildirib ki, məhkəmə istintaqı dövründə Aygün Akimova özünü təqsirsiz, onunla birgə həbs edilən İlham Baxışov isə özünü qismən təqsirli bilib.

Prokuror Aygün Akimovanın 13 il, İlham Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinə çıxış üçün 17:00-dək vaxt verib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İlham Baxışov isə onda təqsirli bilinib ki, Akimovanın xahişi ilə onun evinə "kupça" düzəltməli imiş. Baxışov vədinə əməl etməyib. Amma aldığı pulu geri qaytarıb.

Aygün Akimova bir neçə şəxsə qarşı dələduzluq etsə də İlham Baxışovun adı yalnız bir epizodda keçir.

Aygün Akimova aldatdığı şəxslərə naxçıvanlı iş adamı Abdulla Abdullayevlə (AMAY Abdulla) evli olduğunu, uşaqlarının atasının da o, olduğunu deyib. Bu iş üzrə AMAY Abdulla istintaqda şahid kimi ifadə verib. O, Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını etiraf edib. İş adamı bunu Aygünə yaxşılıq məqsədi ilə etdiyini, adı çəkilən qadının onun şirkətində xadiməçi işlədiyini bildirib.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov