16 Aprel 2014 17:00
551

Bakı İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Bakı İstintaq təcridxanasında saxlanılan Namid Əfralı oğlu Kəlbiyevin saxlandığı kameraya və üzərinə baxış keçirilib.

Baxış zamanı əynində olan şalvarın cibindən daxilində danışıq kartı olmayan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, N.Kəlbiyev Cinayət Məcəlləsinin 180.2.1 (Soyğunçuluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 180.2.4-cü (Soyğunçuluq; insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək həbs edilib.


Müəllif: