3 May 2016 12:12
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nardaran qəsəbəsində iki qardaş Azərbaycan və Ukrayna vətəndaşlarını qul kimi işlədiblər.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyev və qardaşı Ataməli həbs ediliblər.

Onlar Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur ediblər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: