Tbilisidə 22-ci “Tbilisi Big-Band & New Jazz Generation” konsert-caz festivalı keçirilir.
Teleqraf.com xəbər verir ki, müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi festival ilk dəfədir Tbilisi Böyük Konservatoriyasında təşkil olunub.
Yaşlı və yeni nəsil musiqiçiləri tamaşaçılar üçün bir-birindən maraqlı caz kompozisiyaları təqdim ediblər.
Tbilisi meriyasının “Biq-Bend” qrupu və məşhur gürcü ifaçıları səhnədə konservatoriyanın tələbələri ilə birlikdə məşhur caz musiqiləri səsləndiriblər.
Konsertdə Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadənin də əsərlərindən parçalar ifa olunub.
“Event –Xoll” səhnəsinə əfsanəvi Amerikalı cazmen və gitara ifaçısı, 20 dəfə “Qremmi” mükafatının sahibi Pet Metini də çıxış edib.
Festival martın 2-də başa çatacaq.