7 Aprel 2022 14:09
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 12-də Azərbaycan Kinoteatrında “Sonuncu” və “Bir ata haqqında” sənədli filmləri nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçiriləcək.

Fariz Əhmədovun “Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalının iştirakçısı olub.

“Bir ata haqqında” sənədli filminin rejissorları Toğrul Musa, Nurlan Həsənlidir. Ekran əsəri karantin dönəmində bir evin içərisinə həbs olan atanın yaşantılarını lentə alır. Film 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının “Ən yaxşı sənədli filmi” nominasiyasında qalib olub.

Hər iki filmdə müəlliflər qəhrəmanları ekstremal situasiyalarda tədqiq edir. “Sonuncu” filminin qəhrəmanı hətta son nəfəsini də kamera önündə alır.

Filmlərin nümayişindən sonra tədbirin moderatoru Sevda Sultanova rejissorlarla sənədli kinoda müəllif ideyasının realizasiyası yollarını müzakirə edəcək.

Giriş sərbəstdir.


Müəllif: Nərmin