18 Oktyabr 2022 13:07
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Anamın kitabı" tamaşasının premyerası anşlaqla keçib.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev səhnəyə çıxaraq layihə barəsində ətraflı məlumat verib, yaradıcı heyətə uğurlar arzulayıb.

Premyerada Mədəniyyət naziri Anar Kərimov, Gənclər və idman naziri Fərid Qayıbov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, həmçinin ölkəmizdəki səfirlər, eləcə də tanınmış teatr xadimləri, incəsənət adamları iştirak edib.

Qeyd edək ki, səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Yeni və müasir rejissor işi nəticəsində ingilis dilində ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur.

Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.

Tamaşa növbəti dəfə noyabr ayının 11-də nümayiş olunacaq.


Müəllif: Nərmin