9 İyun 2016 23:35
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna xarici işlər naziri Pavlo Klimkin Rusiyanın təkcə Ukrayna ilə deyil bütün Avropa ilə müharibə apardığını bildirib.

Teleqraf.com xəbər verir ki, Klimkin Estonyaya səfəri zamanı Avropanın Minsk razılaşmasına əməl etməyən Rusiyaya qarşı təzyiqləri gücləndirməsinin vacibliyini bildirib.

Donbas bölgəsində gərginliyin azalması, bölgənin ATƏT təmsilçilərinin nəzarəti altına keçməsi və rus hərbçilərinin geri çəkilməsinin vacibliyini vurğulayan Klimkinə görə, yalnız bundan sonra Donbasda seçkilər keçirilə bilər.

“Donbasda hər gün insanlar ölür. Bölgəyə Rusiyadan silah və asgər yerləşdirilir. Hazırda Donbas Rusiyadan gələn adamların əlilə - mafiya şəkilində idarə olunur. Onları Rusiya müdafiə edir", deyə Klimkin bildirib. Onun sözlərinə görə, Donbasda rus təbliğatı aparılsa da, insanların çoxu Ukraynanın tərkibində yaşamaq istəyirlər".


Müəllif:

Oxşar xəbərlər