ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin aviahücumları nəticəsində İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi yaralanıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Mirror" qəzeti məlumat yayıb.
Məlumatlara görə, hadisə Suriya-İraq sərhədində baş verib: "Koalisiya qüvvələri terrorçulara məxsus qərargahları bombalayıb. Hadisə nəticəsində Bağdadi və təşkilatın bəzi komandirləri yaralanıb".
Məsələ ilə bağlı açıqlama verən Pentaqon hazırda araşdırmaların getdiyini bildirib: "Bunu təsdiq etmək üçün əlimizdə heç bir fakt yoxdur. Araşdırmalar davam edir".
Samir