13 İyun 2016 21:53
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Səhiyyə Nazirliyinin yüksək vəzifəli üç məmuru həbs edilib.

Teleqraf.com News.am-a istinadən xəbər verir ki, İstintaq Komitəsinin apardığı araşdırmalardan sonra Dövlət Səhiyyə Agentliyinin rəhbəri Saro Saturyan, Nazirliyin İrəvan Şəhər Mərkəzinin rəhbəri Arsen Sadrakyan, o cümlədən, tibbi baxış və informasiya mərkəzinin keçmiş rəisi Samvel Xarazyan həbs ediliblər.

Onlar səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. 2012-2014-cü illər ərzində Ermənistan Səhiyyə Nazirliyinin bir qrup işçisinə saxta göndərişlərin verilməsi üzrə istintaq tədbirləri davam etdirilir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər