İsveçin paytaxtı Stokholmda məsciddən qayıdan müsəlmanlar radikal qrupun hücumlarına məruz qalıblar. Teleqraf.com xəbər verir ki, bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təxminən 50 nəfərlik qrup müsəlmanları təhqir etdikdən sonra, daşla onlara hücum ediblər. Hücum zamanı ölən və yaralananlar olmayıb.
Stokholm polisinin sözçüsü Mats Eriksson faktı təsdiqlərib və olayla bağlı heç kəsin həbs olunmadığını bildirib.
Ayxan