Rusiyalı hakerlər ABŞ Demokratlar partiyasının milli komitəsinin kompyuter şəbəkəsinə daxil olub. Teleqraf.com xəbər verir ki, bu barədə "Vashinqton Post" məlumat yayıb.
Qeyd olunur ki, hakerlər Respublikaçılar partiyasından olan namizəd Donald Tramp barədə toplanmış məlumat bazasına çıxış əldə ediblər. Partiyanın yaydığı məlumata görə, hakerlər bütün elektron məktubları və komitənin çat cədvəlini oxuyub.
Nəşrin yazdığına görə, bəzi hakerlər bir il ərzində partiya şəbəkəsinə daxil olub. Ancaq ötən həftənin sonunda giriş başlanıb.
Onlar maliyyə barədə şəxsi məlumatları əldə edə bilməyiblər.
Ayxan