16 İyun 2016 23:13
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son üç gündə Suriyada türkmənlərinin sıx yaşadığı Türkməndağında döyüşlər şiddətlənib.

Teleqraf.com xəbər verir ki, Əsəd ordusu Rusiya hərbi təyyarələrinin köməyi ilə ərazini bombardman edir, ölən və yaralananlar var. Üç yaralı Türkiyəyə çatdırılıb. Hazırda türkmənlərin əlində Yamadi, Çümeren və daha bir neçə kənd qalıb.

Suriya türkmənləri 5 ildir Əsəd rejiminə qarşı mübarizə aparır. Bu müddət ərzində türkmənlərin sıx yaşadığı Bayırbucaq, Hələb və Homsda yüzlərlə türkmən həlak olub, yüz minlərlə adam ev-eşiyindən didərgin düşüb, türkmənlərin torpaqlarının böyük bir qismi əllərindən çıxıb.

Hazırda türkmən müdafiə qüvvələri Suriya ordusu ilə yanaşı, İŞİD və PKK-nın bir qolu olan PYD silahlı qruplaşmalarına qarşı mübarizə aparır.


Müəllif:

Oxşar xəbərlər