"Avro-2016" çərçivəsində keçirilən Türkiyə-İspaniya oyunundakı məğlubiyyətdən sonra türk yığmasının baş məşqçisi Fateh Terimin ünvanına tənqidlər səsləndirilib.
Teleqraf.com-un məlumatına görə, məşhur Türkiyə yazarı Can Dündarın tənqidi orijinallığı ilə seçilib. O, Terimin aldığı maaşın məbləğini gündəmə gətirib.
Can Dündar matçdan sonra Twitter hesabında belə yazıb: "Milli komandanın yeganə qazanan adamı imperator Fateh Terim. Ayda 650 min lirə..."
O, növbəti twit-də əvvəl yazdığına düzəliş verib: "Üzr diləyirəm. Mən az yazmışam. Maaşı daha böyükmüş".
Mahir