Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Avropa Birliyinin rəsmi nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, sanksiyalar 2017-ci il yanvarın sonuna qədər qüvvədə qalacaq: "Rusiyadan Minsk öhdəliklərinə əməl etmək və Ukraynada sabitliyi pozmaqdan çəkinmək tələb olunub".
Qeyd edək ki, sanksiyaların müddəti iyulun 31-də başa çatmalı idi.
Samir