Türkiyə hökuməti PKK-nın zərərsizləşdirilməsindən sonra ölkənin cənub-şərq bölgəsində aparılacaq quruculuq planlarını açıqlayıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, baş nazir Binəli Yıldırım gənclərin terror təşkilatına qoşulmasını önləyən böyük layihələrdən söz açıb.
Baş nazirin sözlərinə görə, bu ərazilərdə fabriklər qurularaq özəl sektora veriləcək, istehsal olunan məhsulları hökumət alacaq: "İnvestorların ayaqları altına firuzəyi xalça sərəcəyik. Vətəndaşlarımıza, gənclərimizə iş və aş imkanı, gözəl bir gələcək hazırlayacağıq. Bölgə əhalisini terror təşkilatının istismarından xilas edəcəyik".
Terror bölgəsində əməliyyatların bitdiyini, fiziki və sosial yenilənməyə gediləcəyini vurğulayan Yıldırım sözünə belə davam edib: "Yıxılanların əvəzinə daha gözəlini qururuq. İşə başladıq. Ölkənin şərqində və cənub-şərqində yeni zəngilik və cazibə mərkəzləri inşa edəcəyik".
Baş nazir bildirib ki, yaxın zamanlarda bir iqtisadi paket Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək: "İnvestorların ayağı altına firuzəyi xalça sərəcəyik. Yetər ki, kapital qoy, bu ölkə üçün istehsal et. İnvestorların dərhal istehsala başlayaraq iqtisadiyyata inteqrə edəcək qaydaları hazırlayırıq. İnvestisiya mühitini yaxşlaşdıran görünməmiş qaydaların tətbiqi nəzərdə tutulur".
Mahir