23 İyun 2016 08:52
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Türkiyə ilə bağlı hesabatı alt komitədə müzakirəyə çıxarıldıqdan sonra səsverməyə qoyulub.

Teleqraf.com xəbər verir ki, Strasburqda AŞPA-nın yaz sessiyası zamanı avropalı deputatların Türkiyə ilə bağlı hazırladıqları hesabat səsverməyə çıxarılıb.

47 ölkənin üzvlərinin olduğu parlamentdə Türkiyənin terrora qarşı mübarizəsi və miqrantlara qucaq açması dəstəklənsə də, ölkədə insan haqları və demokratiyanın durumunun qənaətbəxş olmadığı bildirilib.

Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul edilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər