Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib.
Bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Administrasiyadan deyiblər ki, bununla əlaqədar RF Prezidenti Vladimir Putinə ünvanlanan məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 təyyarəsinin həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və hadisədən təəssüfləndiyini bildirib.
Qeyd olunub ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinədir: "Ankara Moskva ilə münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək".