28 İyun 2016 12:38
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Duisburq şəhərində yaşayan türklər Bundestaqın erməni "soyqırımı" ilə bağlı verdiyi qərara görə etiraz aksiyası keçiriblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiya şəhər bələdiyyə binasının önündə keçirilib.

Nümayişçilər Türkiyə bayrağı qaldırıb və Bundestaqın qərarına qarşı etiraz şüarları səsləndiriblər. Nümayişdə çıxış edən aksiyanın təşkilatçılarından olan Ali Söylemezoğlu Bundestaqın tarixi səhvə yol verdiyini deyib: "Erməni "soyqırımı" iddialarını rədd edirik. Bu iddialar yalandır. Türk xalqı bunu qəbul etməyəcək. Bundestaq bununla tarixi səhvə yol vermiş oldu".

Samir


Müəllif:

Oxşar xəbərlər