Amerikalı milyarder, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp dəstəyini itirməkdə davam edir.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Amerikanın NBC kanalı ilə SurveyMonkey sorğu agentliyinin birgə keçirdiyi sorğunun nəticələrinə görə, demokratların namizədi, sabiq xarici işlər naziri Hillari Klinton rəqibini 8 faiz səsçoxluğu ilə geridə qoyub. Respondentlərin 49 faizi Klintona, 41 faizi isə Trampa səs verəcəklərini bildirib.
Qeyd edək ki, Washington Post və ABC teleşirkətinin keçirdiyi sorğunun nəticələri isə daha fərqli idi. Nəticəyə görə, rəyi öyrənilənlərin 39 faizi Trampa səs verəcəklərini bildiriblər. Hilliari Klinton isə 51 faiz seçicinin dəstəyini qazanıb.
Qeyd edək ki, may ayında keçirilən analojo sorğu zamanı Tramp(46 faiz) Hillari Klintona(44 faiz) qalib gəlmişdi.
Ayxan