29 İyun 2016 11:25
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Atatürk adına beynəlxalq hava limanında baş verən terror aktları nəticəsində onlarla insanın öldüyü, 150 insanın yaralandığı bəlli olub. Hava limanına daxil olan 3 terrorçu əvvəlcə insanlara avtomatlardan atəş açıblar, daha sonra isə özlərini partladıblar. Nəticədə çoxlu sayda yerli və əcnəbi vətəndaş həlak olub.

Teleqraf.com İstanbul aeroportunda baş verən terrorla bağlı maraqlı bir məqamı diqqətə çatdırır. Belə ki, iyunun 28-də səhər saatlarında Türkiyə mediasında ABŞ Xarici İşlər Nazirliyinin açıqlaması yer alıb. Həmin açıqlamada ABŞ Xarici İşlər Nazirliyi Türkiyəyə səyahət edən vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd edilib ki, Amerika vətəndaşları beynəlxalq terror təşkilatlarının hədəfindədir. Bildirilib ki, bu terror qurumları alış-veriş yerlərini, xalqa açıq məkanları, idman yarışlarının keçirildiyi yerləri açıq hədəfə alırlar.

Açıqlamada Amerika vətəndaşlarından terror aktları və bəzi terror qruplarının təhdidləri səbəbindən Türkiyəyə səyahətləri zamanı diqqətli olmaları istənilib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Türkiyəyə səyahət edən vətəndaşlarına diqqətli olması çağırışının ardından Atatürk hava limanında məlum faciə baş verib, onlarla insan öldürülüb, 150-dən çox şəxs isə yaralanıb. Bu isə Amerikanın Türkiyədə baş verən terrorla bağlı məlumatlı olduğu ehtimalını gücləndirir.

Cavad


Müəllif:

Oxşar xəbərlər