29 İyun 2016 12:09
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Atatürk hava limanına hücum edən terrorçunu zərərsizləşdirən polis baş verən partlayış nəticəsində həyatını itirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı hava limanının gömrük mühafizə xidməti məlumat yayıb:

"Terrorçunu zərərsizləşdirən gömrük mühafizə xidmətinin rəisi Umut Sakaroğlu həyatını itirib, yaxınlıqda olan bir neçə əməkdaşımız xəsarət alıb".

Qeyd edək ki, terror aktı zamanı 36 nəfər həyatını itirib, 147 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Samir


Müəllif:

Oxşar xəbərlər