Minsk-Moskva aviareysilə yola düşməzdən əvvəl çantasında partlayıcı maddə daşıdığı barədə zarafat etdiyini deyən şəxs saxlanılıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Samaranın “Avers” LGBT ictimai hərəkatının hüquqşunası Mariya Rımar çantasında trotil olduğunu, sərnişinlərin hərtərəfli yoxlanmasından "hiddətə gələrkən" deyib.
Bu barədə xəbər verən Rusiya KİV-ləri hüquqşunasın vəkilinə istinad edir.
"[Hərtərəfli yoxlanış] zəminində ixtilaf yarandı və o zarafatyana dedi: "Nə isə axtarırsınızsa çantamda trotil var"" - mətbuatda vəkil Vadim Muşinskinin sözlərindən iqtibas gətirilir.
Rımar reysdən çıxarılaraq saxlanılıb. Belarusda qeydiyyatı ləğv edilmiş hüquq müdafiəçilərinin Vesna saytı Mariya Rimarın dindirildiyini bildirir.
Ona qarşı təhlükə barədə bilərəkdən yanlış məlumat vermək maddəsilə bağlı cinayət işi açılıb. Hərçənd ki, rusiyalıya qarşı ittiham irəli sürülməyib.
"İttiham barədə qərar qəbul edilənə kimi o Minskdəki müvəqqəti saxlanılma təcridxanasına yerləşdirilib”, - hüquq müdafiəçiləri bildirir.
İnsident cümə axşamı baş verib. Belarusun rəsmi orqanları məlumatı şərh etməyib.
İttihamın sübuta yetirildiyi təqdirdə Mariya Rımara 5 il həbs cəzası kəsilə bilər.