Rusiya qırıcıları Suriyada İŞİD terror qruplaşmasının bir neçə mövqeyinə avia-zərbələr endrib.
Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İŞİD-in Palmiradakı mövqelərinə endirilən zərbələr nəticəsində qruplaşmaya məxsus hərbi düşərgə məhv edilib, silah-sursatlar sıradan çıxarılıb.
Qeyd edək ki, ötən həftə Suriyada "Mİ-25” döyüş helikopteri İŞİD terrorçuları tərəfindən vurulub, nəticədə iki rusiyalı pilot Rəfaqət Xabibullin və Yevgeni Dolqin ölüb.
Bu günə qədər Rusiya Suriyada 13 canlı itki verib.
Ruslan