13 İyul 2016 13:22
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO-nun Varşavadakı tarixi sammiti Cənubi Çin dənizi regionunda gərginliyə deyil, qlobal təhlükəsizliyə təsir edəcək".

Teleqraf.com xəbər verir ki, bu sözləri Avstraliyanın Polşadakı səfiri Toni Kevin Britaniyanın "The Guardian" qəzetində dərc etdirdiyi məqaləsində yazıb.

Onun sözlərinə görə, sammitdə Qərb liderləri aqressiv Rusiyaya qarşı balanslaşdırılmış siyasət yürütməyi müzakirə edib. Ancaq reallıq ondan ibarətdir ki, onlar Baltikyanı ölkələrə və Polşaya 4 min qoşun yerləşdirilməsi ilə bağlı razılıq əldə ediblər.

Kevinin fikrincə, Avropa üçün vəziyyət 1913-1939-cu illərdə bu qədər təhlükəli olmayıb: "NATO komandirləri bizi inandırırlar ki, vəziyyət tam nəzarət altındadır. Buna əmin deyiləm. Qorxuram ki, hərbi əməliyyatlar bəzi "militarist idiotların" təxribatları nəticəsində başlaya və tez bir zamanda nüvə müharibəsinə keçə bilər".

Səfir bildirib ki, Qərb "Rusiya aqressiyası"nı düzgün anlamır: "Hazırda vəziyyət tamamilə fərqlidir. ABŞ, Böyük Britaniya və Fransa Baltikyani ölkələr və Polşa hökumətlərinin girovuna çevrilib. Yaranmış təhlükəli vəziyyətə ABŞ, Fransa və Britaniya liderlərinin xarici siyasətlərinin iflasa uğraması səbəb olub".

Avstraliyalı deputat sonda qeyd edib ki, NATO Şərqi Avropada təhlükəli oyun oynayır və alyansa üzv ölkələr vəziyyəti düzgün dəyərləndirməli, nəticələri analiz etməlidir.

Samir


Müəllif:

Oxşar xəbərlər