Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü avqustun əvvəlində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi öz mənbəyinə istinadən xəbər verir.
Görüşün yeri barədə məlumat verilmir.
Qeyd edək ki, bir az əvvəl iki ölkənin prezidentlərinin telefon danışığı keçirilib.