"Hazırda Ermənistanda həqiqi silahlı üsyan gedir, ona görə də qan tökülmə riski böyükdür".
Teleqraf.com vestikavkaza.ru saytına istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq daxili işlər naziri, "Birlik" partiyasının sədri Vardan Oskanyan deyib.
Eyni zamanda o, Ermənistan prezidenti Serj Sarkisyanı münaqişədən çəkindiyinə və etirazçı kütləyə heç bir reaksiya vermədiyinə görə tənqid edib:
"Belə bir vəziyyətdə prezident, parlament üzvləri və baş nazir 3-cü gündür ki susurlar. Dünyada belə bir ölkə yoxdur. Prezident, parlament üzvləri, baş nazir, xalq ilə danışmalıdır. Yoxsa onların susmağı ölkə daxilində xoşagəlməz hadisələrə səbəb olacaq".
Qeyd edək ki, silahlı şəxslər bazar günü səhər saatlarında İrəvandakı polis bölməsinə hücum edib, bir neçə nəfəri əsir götürüblər. Hücum zamanı 1 polis əməkdaşı həyatını itirib, 3 nəfər yaralanıb. Hücumçular qanunsuz silah əldə etmə və saxlamada ittiham olunan "Yeni Ermənistan" İctimai BBirliyinin lideri Jirayr Səfilyanın azad edilməsi tələbini irəli sürüblər.
Samir