Türkiyədə hərbi çevrilişə cəhddən sonra başlanan istintaq prosesi çərçivəsində daha iki general tutulub.
Teleqraf.com "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Əfqanıstandakı Türkiyə qoşunlarının komandiri, general-mayor Cahit Bakır və briqada komandiri, general-mayor Şener Topuç Dubay aeroportunda saxlanılıb.
Kabildən Dubaya qaçan generalların saxlanılması üçün Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik İdarəsi xüsusi əməliyyat keçirib. Saxlanılan generallar Türkiyəyə gətirilib.
Qeyd edək ki, məlum hadisə zamanı 249 nəfər həyatını itirib, 1600 nəfər yaralanıb.
Samir