Türkiyə Xarici İşlər Nazirliyində yeni təmizləmələr gözlənilir.
Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Fəthullah Gülən terror təşkilatının tərəfdarları Türkiyə XİN-in strukturuna sıza biliblər.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.