31 İyul 2016 11:57
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Quru, Dəniz və Hava qüvvələri Müdafiə Nazirliyinin tərkibinə daxil edilib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı qanun hökmündə qərar bu gün ‘Resmi Qazete”də dərc olunub.

Bu qanuna zidd olmayan və digər qanunlarla Silahlı Qüvvələrin Baş Qərargahına verilən vəzifə və hüquqlar saxlanılıb. Eyni zamanda prezident və baş nazir vacib saydıqları halda Quru, Dəniz və Hava qüvvələrinin komandanlarından birbaşa məlumat ala və əmr verə biləcək. Bu əmrlər hər hansı qurumla razılaşdırılmadan dərhal yerinə yetirilməlidir.

Qərara əsasən Gülhanə Hərbi Tibb Akademiyası və hərbi xəstəxanalar da Səhiyyə Nazirliyinin tabeçiliyinə verilib.


Müəllif:

Oxşar xəbərlər