9 Avqust 2016 11:18
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı 70 min insanın vəzifədən azad edilməsindən sonra hökumətin yeni məşğulluq strategiyası bəlli olub. Qərara görə, yeni işçi qüvvəsinin cəlb edilməsi büdcə qanunundakı məhdudiyyətlərə tabe olmayacaq.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, maliyyə naziri Naci Ağbal işdən çıxarılanların yerinə yeni şəxslərin götürülməsi səlahiyyətinin Nazirlər Heyətinə (Bakanlar Kuruluna) verildiyini açıqlayıb: “Yeni işçi sayını onlar müəyyənləşdirəcək. Özbaşına hərəkət etmək olmaz. Bəzən baxırsan ki, qurumlara boş-boşuna nə qədər işçi doldurulub. Bundan sonra bütün dövlət qurumlarından informasiya toplanacaq, neçə işçi çıxarılıb, neçə işçi lazımdır, siyahı müəyyənləşdiriləcək. Daha sonra siyahı üzrə hərəkət ediləcək”.

Nazir onu da bildirib ki, bu istiqamətdə ən çətin sahə müəllimlərin işə götürülməsidir: “Müəllimlərə böyük ehtiyacımız var. Neçə müəllim çıxarılıbsa, o qədər də müəllim işə götürəcəyik.

Ancaq digər sahələrdə işçi sayı əvvəlkindən az ola bilər. Burda vacib olan qurumların ehtiyacıdır. Məsələn, Maliyyə Nazirliyindən iki min işçi çıxarılıb. Amma niyə iki min işçi götürüm ki? Təxminən min işçi mənə bəs edir”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər