12 Avqust 2016 08:53
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın cənubunda meşə yanğınları 2-ci gündür ki, davam edir.

Yanğın artıq 3 min hektardan çox əraziyə yayılıb. Marselin 20 kilometrliyində yerləşən Vitrol şəhərindəki bir neçə yaşayış məhəlləsi evakuasiya edilib.

20 evin yandığı,7 nəfərin xəsarət aldığı xəbər verilir. Həmçinin Marselin 40 kilometrliyində yerləşən Fos-syur-Mer şəhərciyi təhlükə ilə üzləşib.

Bir neçə maşın yolunda hərəkət dayandırılıb. Merseldəki beynəlxalq hava limanı işləsə də bir neçə reys təxirə salınıb. Alovla mübarizəyə 2500 yanğınsöndürən və texnika cəlb edilib.

Qeyd edək ki, Marseldə neft-kimya zavodu var. Amma yerli rəhbərlik şəhərə təhlükə olmadığını deyir.


Müəllif:

Oxşar xəbərlər