12 Avqust 2016 16:27
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təsis edilməsinin 15 illik yubileyi münasibətilə mərasim keçiriləcək.

Yubiley mərasiminə Prezident Rəcəb Tayyib Ərdoğan, 11-ci Prezident Abdullah Gül, sabiq Baş nazir Əhməd Davudoğlu da daxil olmaqla, ümumilikdə 6500 nəfər dəvət edilib. Fətullahçı terror təşkilatının (FETÖ) 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olan vətəndaşlarla əlaqədar yubiley mərasimi təmtəraqlı olmayacaq. Mərasimdə AKP-nin 15 illik fəaliyyətinə dair film nümayiş etdiriləcək, partiyanın mərkəzi qərargahında fotosərgi açılacaq.

Yubiley mərasimi çərçivəsində, həmçinin partiyanın vilayət təşkilatlarının rəhbərlərinin iştirakı ilə geniş toplantı keçiriləcək. Həmin toplantıda 15 iyul dövlət çevrilişi cəhdindən sonra ölkədə mövcud durum, hazırkı situasiyada partiyanın qarşısında duran əsas hədəflər və digər məsələlər müzakirə ediləcək.


Müəllif:

Oxşar xəbərlər